Restoran sahibini hədələyib pul tələb edən keçmiş məhkum tutuldubackend

Restoran sahibini hədələyib pul tələb edən keçmiş məhkum tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyindən bildirilir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də Xaçmaz rayonunun Çarxı kəndindəki restoranda, oranın icarədarı Ramin Namazovu öldürəcəyi ilə hədələyib 400 manat pul tələb etmiş Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Mövlanov tutulub.

Ondan 3,225 qram heroin götürülüb. Araşdırma aparılır. (virtualaz.org)

İnterpress.az