Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, adıçəkilən qurum Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 iyul 2016-cı il tarixli 01/10-1549 nömrəli məktuba istinad edərək bildirir ki, \”Dekabank\” ASC, \”Kredobank\” ASC, \”Parabank\” ASC və \”Zaminbank\” ASC-də sığorta hadisəsi baş verib.
\”Əmanətlərin sığortalanması haqqında\” qanunun 2.1.9-cu maddəsinə müvafiq 25 iyul 2016-cı il tarixi adıçəkilən 4 bankda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. \”Əmanətlərin sığortalanması haqqında\” qanunun 28.1-ci maddəsinə uyğun olaraq, bu bankların qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə bu ilin avqust ayının 1-dən başlanacaq və bu haqda ətraflı məlumat veriləcək.
Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən \”Əmanətlərin tam sığortalanması haqqında\” qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilib və 02 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.(apa)
İnterpress.az