Vasif Talıbovdan sərt addım – Direktoru işdən qovubbackend

Vasif Talıbovdan sərt addım – Direktoru işdən qovub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu \”Turana” Naxçıvanda fəaliyyət göstərən yerli jurnalist Həkimeldostu Mehdiyev bildirib.

O qeyd edib ki, H.Dadaşovun iyulun 15-də ticarət mərkəzində zorakılığa məruz qoyduğu Zöhrə Məmmədova ticarət mərkəzindəki yerinə bərpa edilib, fəaliyyət göstərə bilməsi üçün ona şərait yaradılıb. \”H.Dadaşov iyulun 23-də saxlanılıb, rayon prokurorluğuna aparılıb, iki gün hüquq-mühafizə orqanları araşdırma aparıblar, məlum olub ki, mərkəz dövlətə borclu olduğu 5 min manata yaxın elektrik verilməsinə görə pulu belə dövlətə ödəməyib”.

Onun sözlərinə görə, mərkəz direktoru işıq pulu ödənməməsini rayon icra başçısının tövsiyəsilə etdiyini söyləyib.

Xatırladaq ki, iyul ayının 15-də Ticarət Mərkəzinin direktoru peraşki sataraq ailəsini dolandıran Zöhrə Məmmədovadan ya 300 manat verib çətir almasını, ya da bazarı tərk etməsini tələb edib. Z.Məmmədova çətir almağa pulu olmadığını, bazarı da tərk etməyəcəyini deyib. Bundan sonra Z.Məmmədova da, xərçəng xəstəsi olan əri Knyaz Məmmədov da H.Dadşov və oğlu tərəfindən fiziki zorakılığa məruz qalıb.

Yerli jurnalistlər bu hadisəni əks etdirən video-sənədləri yayıblar. Z.Məmmədova zorakılığa məruz qalması ilə bağlı rayon prokurorluğuna müraciət edib. Başlanan araşdırmalar H.Dadaşovun vəzifəsini itirməsi ilə başa çatıb.

İstiqlal.az-a verilən məlumata görə, H.Dadaşov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun müdaxiləsindən sonra direktor vəzifəsindən qovulub.

İnterpress.az