Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterpress.az-a verilən xəbərə görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 27-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanağı, Nardaran, Bilgəh, Zaqulba çimərliklərində 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.
İnterpress.az