İstirahət məkanlarının yeni əyləncəsibackend

İstirahət məkanlarının yeni əyləncəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xidmətə dəvələrlə şəkil çəkdirmək, dəvənin üstündə gəzmək daxildir.

Çimərlik ərazisində dəvə ilə gəzmək 10 manata, şəkil çəkdirmək 5 manata başa gəlir. Dəvənin üstündə 5 dəqiqə oturmaq 3 manata, dəvəni 1 saatlıq kirayələmək isə 25 manatadır. Amma uşaqlara endirimlər təklif edilir.

Dəvə ilə şəkil çəkdirmək üçün bəzən növbələr yaranır. “Dəvələr Xaçmazdakı fermada saxlanılır. Yay mövsümündə istirahət mərkəzlərinə aparırıq. Xüsusilə də əcnəbi turistlərin marağını cəlb edir”,-deyə dəvəyə baxan İlqar Əliyev söyləyib.

Onun sözlərinə görə, yay mövsümündə qazancları yaxşı olur. Artıq turistlərdən dəvə ilə gəzinti üçün sifariş qəbuluna başlayıblar: “Əvvəllər at ilə gəzinti təşkil olunurdu. Amma son vaxtlar dəvəyə maraq artıb. İndi heç kim at ilə gəzmək istəmir. Yoldan keçənlər belə maşını saxlayıb dəvə ilə şəkil çəkdirmək istəyir. Maraqlıdır ki, Nabrana istirahətə gələn ərəb ailələri də dəvə ilə şəkil çəkdirirlər. Onlar dəvə ilə ən əziz adamları kimi rəftar edirlər”.

Amma heyvanlardan əyləncə üçün istifadə edilməsinə etiraz edənlər də var.

Qeyd edək ki, Abşeron, Xaçmaz, Dəvəçi və Beyləqan rayonlarında dəvə təsərrüfatlarının sayı artıb. Bayramlarda, xüsusən də Novruzda keçirilən bayram tədbirlərində dəvələrdən istifadə olunur.

İnternetdə isə 2000-2500 manata dəvə satılmasına dair elanlar verilib. (virtualaz)

İstirahət məkanlarının yeni əyləncəsi

İstirahət məkanlarının yeni əyləncəsi

İnterpress.az