Bakıdakı gey toyunun bəyi kirayə götürülübmüş…ÖZƏLbackend

Bakıdakı gey toyunun bəyi kirayə götürülübmüş…ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının \”Qızıl Qaya\” restoranında baş tutan eynicinslilərin toyu bütün ölkədə az bir zamanda məşhurlaşdı.

Belə ki, cinsi kişi olan \”gəlin\” yeniyetmə oğlanla “ailə qurdu”.

“Gəlin” öz toyunda mahnı ifa etməklə yanaşı, hər şeyi normal şəkildə qədul edib. \”Gəlin\”in adı Aydındır.Bakıda baş tutan toy mərasimi ilə bağlı müzakirələr səngimir.

Buna səbəb ənənəvi toy mərasimlərindən fərqli olaraq, transla oğlanın evlənməsi olub.

Aydın adlı transla yeniyetmə oğlanın toy mərasimində cinsi azlığın nümayəndələri qonaq qismində iştirak ediblər.

Toyla bağlı yayımlanan görüntülərdə “gəlin” valideynlərini salamlayıbvə mahnı da ifa edib.

Bəyin yaxınları toy mərasimi ilə bağlı yeni faktlar açıqlayıblar. Belə ki, transla evlənən yeniyetmənin 16 yaşı olub və o bəy masasına “gəlinin” hədə-qorxusundan sonra əyləşmək məcburiyyətində qalıb.

Toyla bağlı görüntülərin yayımlanmasından sonra bəyin anası infakt keçirib və hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

İnterpress.az-a transla evlənən yeniyetmənin yaxınlarının verdiyi xəbərə görə, o, əslində kirayə bəy olub. Trans \”gəlin\” onu bir gecə \”bəy\” etmək üçün ödəniş edib.

Artıq Bakıda \”kirayə bəylər\”in fəaliyyəti gizli deyil. Bir gecə bəy kürsüsündə oturmaq üçün \”qonara\” alan bu adamlar bir ildə bir -neçə dəfə toyların səbəbkarına çevrilirlər.

İnterpress.az