Ötən həftə sayentologiya təriqətinin mərkəzinə zəng edən bir şəxs Tom Kruzu öldürəcəyini deyib.
Sözügedən telefon zəngindən sonra məşhur aktyor bu haqda polisə məlumat verib.
Qeyd edək ki, “Sayentologiya” təlimi ingilis əsilli amerikalı Lafayett Ron Hubbard tərəfindən 1950-ci illərin əvvəllərində meydana çıxıb.
Bu təlim əvvəllər dini təlim deyil, psixoterapiyanın yeni bir sahəsi kimi təqdim edilirdi.
Sonralar isə, ideologiya tərəfdarlarının çoxunun əks-reaksiyasına baxmayaraq, dini təlim kimi formalaşıb.
Bəzi məlumatlara görə, Sayentologiyaya dini don geyindirilməsinin əsas məqsədi vergidən yayınmaq olub.
İnterpress.az