Yol nəqliyyat hadisəsi zamanı nə qədər yol infastrukturu yararsız hala düşüb? sorğusuna cavab olaraq \”Azəravtoyol\” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli İnterpress.az-a bildirib ki, 2016-cı ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 301 yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində 4082.75 paqon-metr əyrixətli tirlər yarasız hala düşüb
A.Nəcəfli əlavə olaraq bildirir ki, 10 ədəd işıq dirəyi, 12 paqon-metr səsboğucu qurğu, 18 ədəd dəmir-beton sədlər, 98 paqon-metr qoruyucu metal çəpər, 20 paqon-metr körpü məhəccəri, 9 paqon-metr istinad divarı və 11 ədəd yol nişanı yararsız olub.
Bundan başqa, qrum rəsmisi 7507 ədəd siqnal dirəkləri, 2937 ədəd siqnal bayraqları, 18077 paqon-metr əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 425.8 min m2 həcmində yolların xətlənməsi işləri yerinə yetirildiyindən də danışıb:
\”Ümümilikdə yol təsərrüfatına 321 996.25 manat məbləğində maddi ziyan dəyib, bundan da 142 599.31 manatı ödənilib\”.
Gülşanə Mustafayeva
İnterpress.az