Arvadının ölümünə dözə bilmədi – Evə od vurdu, özünü asdıbackend

Arvadının ölümünə dözə bilmədi – Evə od vurdu, özünü asdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəhşətli hadisə iyulun 23-də Qovlar şəhəri ərazisində qeydə alınıb. Vidadi Allahverdiyev özünə məxsus 6 otaqlı evi yandırıb, sonra isə intihar edib. Onun meyitini yanğınsöndürənlər yanğını söndürəndən sonra aşkarlayıb.

Tovuz Rayon Prokurorluğundan verilən məlumata görə, V.Allahverdiyevin həyat yoldaşı bir müddət əvvəl dünyasını dəyişib. Onun ölümündən sonra V.Allahverdiyev yaxınlarına yaşamağın mənasız olduğunu, həyat yoldaşı olmadan həyatın ona maraqsız olduğunu deyibmiş.

Heç bir problemi olmadığından onun intiharı da məhz həyat yoldaşının ölümünə görə etməsi ehtimal olunur.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. (milli.az)

İnterpress.az