Şikayət məktubunda bildirilir ki, 5-ci küçənin kanalizasiya suları sakinlərin evlərinə və məhəlləyə dolur. Küçənin ümumi kanalizasiya sisteminin əsas borusunun diametri kiçik ölçüdədir. Yağış yağanda əsas boru çirkab suları götürə bilmir. Nəticədə çirkab sular sakinlərin yaşadıqları mənzilə dolur.
Bundan başqa, şikayət məktubda deyilir ki, “Azərsu” ASC küçənin ümumi kanalizasiya sisteminin əsas borusunu böyük ölçüdə borularla əvəz etməsə sakinlər qrumu məhkəməyə verəcəklər.
Mövcud probelmlə bağlı şikayətçi Niyazov Niyaz bildirir ki, “Azərsu” ASC -nin Gəncə flialının texniki şöbəsinin işçiləri təsdiqləyiblər. Anncaq illərdir ki, bu problem həll olunmur.
İnterpress.az redaksiyanın poçtuna daxil olan-fotoları təqdim edir.
iNTERPRESS.AZ