İlham Əliyev referendumun vaxtını təyin etdibackend

İlham Əliyev referendumun vaxtını təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərəmcanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsinin 1-ci bəndini və 109-cu maddəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılsın və kütləvi informasiya vasitələrində dərc edilsin (layihə əlavə olunur).

2. Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin (referendumun) bu Sərəncamın 2-ci hissəsində göstərilən tarixdə keçirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirsin. (virtualaz.org)

İnterpress.az