Gülən Braziliya və ya Kanadaya göndəriləcəkbackend

Gülən Braziliya və ya Kanadaya göndəriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə çevriliş cəhdindən sonra qaçan pilotların ekstradisiyası ilə bağlı fikrini bölüşən Gökçek Yunanıstanın təlimatla hərəkət etdiyini müdafiə edib.

Bələdiyyə sədri ABŞ-ın Türkiyədən qaçan terrorçulara qucaq açdığını da bildirərək bunları deyib:
“Bizim üçün nə düşünürlərsə, Allah onların başlarına gətirsin. Bu qədər terrorçu bəsləyirlər, ancaq öz başlarına terror hadisəsi gələndə, ortalığı vəlvələyə verirlər. Fetönün ekstradisiyası ilə bağlı twittler atıram, meydanlarda və televiziyalarda müraciət edirəm. Ən son “The New York Time”da onun ekstradisiya edilməsi gərəkdiyini yazdım.\”

ABŞ Fətullah Güləni ekstradisiya etməməklə çevrilişinin arxasında olduğunun bəyan edəcək deyən Gökçek Fətullah Gülənin Kanada və ya Braziliyaya göndəriləcəyini vurğulayıb. Hətta bu məqsədlə ev belə tutulduğunu qeyd edib. (moderator.az)

İnterpress.az