Ərdoğan baş yavər vəzifəsini ləğv etdibackend

Ərdoğan baş yavər vəzifəsini ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Prezidentin yavəri vəzifəsinin ləğvi barədə bu barədə Rəcəp Tayyip Ərdoğan bu gün sərəncam imzalayıb.

Yerli medianın qənaətinə görə, Türkiyə prezidentinin baş yavəri Əli Yazıçının dövlət çevrilişi cəhdindən sonra saxlanılması bu postun ləğvinə gətirib çıxarıb.

Bundan sonra Beştəpədəki prezident iqamətgahının təhlükəsizliyi üçün çiyindən atılan raketli silahlar yerləşdiriləcək. Yaranacaq hər hansı təhlükəyə Beştəpədən raketlə cavab veriləcək.
Xatırladaq ki, Türkiyədə baş yavər vəzifəsi Türkiyə Cümhuriyyətinin ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən 1920-ci ildə təsis edilmişdi. (modern.az)

İnterpress.az