Şirvanda mərmi partlayışından qulaq tutulur-VİDEObackend

Şirvanda mərmi partlayışından qulaq tutulur-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan şəhərində yerləşən \”Araz\” silah zavodunda 15:35-də baş verən partlayış zamanı yaranan şiddətli yanğını söndürmək mümkün olmayıb.

Səhiyyə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə 5 hakim briqadası göndərilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oktay bayramovun İnterpres.az-a verdiyi açıqlamaya görə, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş verən partlayış nəticəsində yaranan ziyanları aradan qaldırmaq üçün dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub:

\”Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir. Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti və əlaqədar struktur bölmələrinin rəhbərləri hadisə yerindədir. Əlavə məlumat veriləcək\”.

İnterpress.az-a Şirvandakı mənbənin verdiyi xəbərə görə, zavoddakı yanğının qarşısını almaq hələ mümkün olmayıb. Şiddətli yanğın nəticəsində qızmış mərmilərin dayanmadan partlamasından yaranan dəhşətli səslər isə Şirvanın hər yerində eşidilir.

İnterpress.az