Virtualaz.org-un məlumatına görə, bəyanatda deyilir: \”Silahlı qruplaşmanın cinayətkar davranışları getdikcə bütün sərhədləri keçərək daha təhlükəli xarakter alır.
Ermənistan polisinin patrul-mühafizə alayının binasını nəzarətdə saxlayan silahlı qruplaşma üzvləri yeni cinayətlər törətməməklə bağlı çoxsaylı çağırışların əksinə olaraq hüquq-mühafizə orqanları əməkdaşlarının həyat və sağlamlığına qəsd etməyə, onların əmlakını məhv etməyə davam ediblər. Məhz onların hərəkətlərinin nəticəsi idi ki, iyulun 26-na keçən gecə atışma baş verdi və qan töküldü.
Cinayətkar qrupun niyyətləri və fəaliyyətləri barədə məlumatlı olduğumuz üçün xəbərdarlıq edirik: İnsanların həyat və sağlamlığına olan bütün təhdidlər qanuni cavab tədbirləri ilə dərhal neytrallaşdırılacaq”.
Ermənistan xüsusi xidmət orqanı qiyamçılar arasındakı söhbətin səsyazısını da yayıb.
İnterpress.az