“Coca-Cola”nın Azərbaycandakı satış həcmi azalıbbackend

“Coca-Cola”nın Azərbaycandakı satış həcmi azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun sözlərinə görə, şirkətin istehsal etdiyi məhsullarının 80-90%-i içməli sudan ibarətdir. Lakin baş verənlərə baxmayaraq, milli valyutanın devalvasiyasından sonra şirkət bu cür halları daxilində həll etməyə çalışır: \”Digər tərəfdən, gələcəkdə də investisiya yatırmaq istəyirik. Çünki bu, Azərbaycan şirkətidir. Regionda nümunəvi şirkətdir, Azərbaycanın qürurudur. Hesab edirik ki, hazırda müşahidə edilən iqtisadi böhran tez keçəcək və bunun üçün əlimizdən gələni edirik. Bu gün tam şəffaf şəkildə və yüksək standartlarla xidmət göstəririk\”.

\”Azerbaijan Coca-Cola Bottlers\”in bu vaxta qədər Azərbaycan iqtisadiyyatına toplam olaraq 200 mln. dollar investisiya yatırdığını deyən şirkətin baş direktoru gələcəyə dair planların bundan sonra bütövlükdə bu sənayeninin necə inkişaf edəcəyindən asılı olduğunu düşünür: \”1994-cü ildən Azərbaycanda fəaliyyətə başlamışıq və illərdir yüzlərlə insan işlə təmin edilib. Biz Azərbaycanda ixracatçı ölkəyə çevrilmişik. Azərbaycanda yetişən kadrlarımız başqa dövlətlərdə mütəxəssis kimi çalışırlar.

Biz iş yerləri və işçilərimizin sayını artırmaq istəyirik. Lakin son 2 ildə gözlənilməyən hadisələr şirkətin reallaşdırdığı satışın həcmini azaldıb. Çünki şirkətin fəaliyyətində mövsüm əsas amillərdən biri hesab olunur. Məsələn, yanvar ayında 10 kaset məhsulun satışı reallaşırsa, iyulda bu göstərici 80 kaset təşkil edir, fərq 8 dəfə dəyişə bilər. Bundan başqa, son 3-4 gün ərazində Azərbaycanda hava şəraiti nisbətən sərin keçib və bu amil dərhal özünü satışda göstərib, satışın həcmi aşağı düşüb. Odur ki, konkret şəkildə proqnoz söyləmək çox çətindir. İki ildir (2014-2015-ci illər) reallaşdırdığımız satışın həcmi azalıb. Eyni zamanda, ümumi olaraq bazarda istehlak həcmi azalıb və bu şirkətə təsir edib, satışda azalma qeyd alınıb. 2015-ci ildə müvafiq göstərici üzər satışın həcminin 20% azalması qeydə alınıb, bu il də satışın azalması gözlənilir.

Lakin bütün bunlara rəğmən, Azərbaycanın gələcəyinə inamımız böyükdür\”.
Zavodun direktoru Rəna Məmmədova isə qeyd edib ki, müəssisədə artıq alt istehsal xətti istifadəyə verilib və xəttin təşkili üçün 18 mln. dollar həcmində investisiya yatırılıb: \”Yeni xəttin istehsal gücü saatda 39,6 min butulka təşkil edir\”.

Bundan başqa, Azərbaycanda zavodun ətraf mühitə atılan tullantılarının həcminin azaldılması məqsədilə artıq yüksək texnologiyalara investisiya yatırdıq və nəticədə yarım litrlik su 15 qramlıq butulkada qablaşdırılır, lakin əvvəllər onun çəkisi 28 qram təşkil edirdi. Azərbaycanda qida sektorunda ilk dəfə öz suyumuzu təmizləyərək Azərbaycan təbiətinə göndəririk və həmin suda balıq yaşaya bilir. Bu məqsədlə 3 mln. dollar sərmayə yatırılması barədə qərar qəbul edilib və xüsusi sutəmizləmə qurğusu alınıb. Belə ki, zavodun tullantılardan ibarət suyu təmizlənərək, Xocasən gölünə axıdılır. Bu qurğunun yaxın 10 ildə istismar edilməsi nəzərdə tutulur\”.
Qeyd edək ki, \”Azerbaijan Coca-Cola Bottlers\” 2015-ci ildə daxil olmaqla, dövlət büdcəsinə 366 mln. manat həcmində vergi ödəyib. (report.az)

İnterpress.az