Görüşdə R. Həsənov 15 iyulda dövlətə, konstitusion sistemə, hökumətə və xalqa qarşı həyata keçirilmək istənilən dövlət çevrilişi təşəbbüsündən sonra Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Türkiyə Cümhuriyyəti ilə çiyin-çiyinə olduğunu bildirib. O, çevriliş təşəbbüsündən sonra quruma üzv olan ölkələrin yüksək vəzifəli rəhbərləri ilə əlaqələr yaradaraq vəziyyəti izah etdiyini və bunun nəticəsində üzv ölkələrdən Türkiyəyə çox güclü dəstək mesajları alaraq Şuranın saytında yayımladıqlarını deyib.
Görüşdən məmnun olduğunu söyləyən M. Çavuşoğlu türk dövlətləri arasında əməkdaşlığın yüksələn qrafiklə inkişaf etdiyini və bu günə qədər olduğu kimi, bundan sonra Şuraya dəstəyin davam etdiriləcəyini vurğulayıb.(apa)
İnterpress.az