Bu barədə Musavat.com-a hazırda Şirvan şəhərində olan əməkdaşımız Elşən Məmmədəliyev xəbər verib.
Onun sözlərinə görə, əvvəlcə morqa meyiti gətirilən şəxslərin kimliyi barədə jurnalistlərə açıqlama verilməsə də, bir qədər sonra məlumat verilib ki, bunlar partlayış zamanı itkin düşdüyü bildirilən şəxslərdir. Onlardan biri qadın, digəri kişidir. İtkin düşən qadının adı Nuriyeva İlhamə Əsgər qızıdır, kişi isə zavodda 3 aydır sürücü işləyən Ağamir Allahyar oğlu Məmmədovdur. A.Məmmədovun 58 yaşı var.
A.Məmmədovun oğlu İlkin əməkdaşımıza bildirib ki, partlayan mərmilərdən biri onun atasının idarə etdiyi maşının damıına düşüb və damı əyib, ön şüşəni sındırıb. Ancaq maşında qan ləkələri olmadığından İlkin atasının sağ olduğuna ümid edir.
İnterpress.az