Namus üstündə məmur oğlunun başını kəsən gəncdən xəbər varbackend

Namus üstündə məmur oğlunun başını kəsən gəncdən xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il noyabr ayında Elşən Nəsirov əmisi oğlu Elnur Nəsirovu bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra Eləşən Nəsirov Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü təslim olub.

Hadisənin namus üstündə baş verdiyi bildirilib. Belə ki, uzun illərdir ki, Elnur Nəsirovun öz əmisinin qızı ilə ailə həyatı quracağı gözlənilirmiş.

Bu məsələdən hər iki ailənin üzvləri də xəbərdar imiş. Lakin sonradan Elnur Nəsirov təhsil aldığı universitetdə birlikdə oxuduğu bir qızla tanış olub.

Elnur Nəsirovun bu hərəkəti əmisi oğlu Elşən Nəsirov tərəfindən etirazla qarşılanıb. Bunun da nəticəsi olaraq, Elşən Nəsirov əmisi oğlunu öldürərək qisas alıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. Öldürülən Elnur Nəsirov Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Nəsirov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elşən Nəsirov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Elşən Nəsirovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Prosesdə Elşən Nəsirovun anket məlumatları dəqiqləşdirilib, apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı avqustun 5-nə təyin edilib. (teleqraf.com)

İnterpress.az