Təlimlərə ABŞ, Kanada, Polşa, Rumıniya və Bolqarıstanla yanaşı “Sülh naminə tərəfdaşlıq” proqramının üzvləri olan Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldova hərbçiləri də qatılacaq.
İyulun 27-də baş tutacaq açılış mərasimində Rumıniyanın müdafiə naziri Mihnya Motok da iştirak edəcək.
Ümumilikdə təlimlərə 2 min 700-dən çox hərbçi cəlb olunub.
İnterpress.az