Avro manata nisbətdə bahalaşıbbackend

Avro manata nisbətdə bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 26-sı ilə müqayisədə 0,2% artaraq 1,5787 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,16% möhkəmlənərək 1,7366 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə 0,83% ucuzlaşaraq 0,0239 manat səviyyəsinə enib.

Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,2% azalaraq 0,5192 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0730 manatdır. Beləliklə, funt sterlinq də 0,3%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi də 0,2% artaraq 0,6712 manat təşkil edib. (apa)

İnterpress.az