Universitetin bir qrup əməkdaşının saytımıza verdiyi məlumata görə bu ali təhsil ocağının müəllim heyəti iyul ayının 8-dən, kafedra müdirləri isə iyulun 15-dən məzuniyyətə çıxmalarına baxmayaraq onların məzuniyyət pulu hələ də verilməyib. İddialara görə, xanım rektor müəllimlərin əmək haqqının verilməsini tezləşdirməyin qayğısına qalmaq əvəzinə Universitetin həyətində hovuz tikdirir, mebel təminatı işləri ilə məşğul olur.
Maraqlıdır, dünyanın bir neçə prezidenti bu ali məktəbin qonağı olub. Pis şəraiti olan ali məktəbə prezidentlər necə dəvət oluna bilərdilər? Belə çıxır ki, məqsəd başqadır və yeni rektor ümumiyyətlə rəhbərlik etdiyiu qurumda hər şeyi dəyişdirməyi qarşısına məqsəd qoyub.
Məlumata görə, yeni rektor vaxtilə bu ali məktəbdən neqativ hərəkətlərə görə qovulmuş bəzi şəxsləri qəbul etməyə başlayıb.
Əgər bu iddialar doğrudursa, o zaman təhsil eksperti Etibar Əliyev düz deyirmiş. Belə çıxır ki, universitet sürətlə kollecə çevrilməyə başlayıb…
Qarşı tərəfin də mövqeyini olduğu kimi işıqlandırmağa hazır olduğumuzu bildiririk. (moderator.az)
İnterpress.az