Bakı-Tbilisi-Qars layihəsinin Türkiyə hissəsində işlərin 87%-i tamamlanıbbackend

Bakı-Tbilisi-Qars layihəsinin Türkiyə hissəsində işlərin 87%-i tamamlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.

\”Texniki işlərə nəzarət edən şəxslərlə mövcud durumu və qarşıda görüləcək işləri müzakirə etdik. Hal-hazırda Qars çayı üzərində tikinti işləri aparılır. Hal-hazırda körpülər üzərində aparılan işlər bitmək üzrədir. Qars çayı üzərindən körpünün tikintisi avqustda bitəcək. Qrafikə nəzər saldıqda məlum olur ki, işlər çox sürətli şəkildə həyata keçirilir\”, – deyə nazir bildirib.

Ə. Arslan əlavə edib ki, layihənin Türkiyə ərazisində reallaşan hissəsində işlərin 87%-i tamamlanıb: \”Bizim hədəfimiz bu ilin sonunda dizellə çalışan ilk lokomotivi yola salmaqdır\”. (apa)

İnterpress.az