Telefon üstündə arvadını boşadı-BAKIDAbackend

Telefon üstündə arvadını boşadı-BAKIDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlı məhəlləsində yaşayan ailə adicə mobil telefona görə dağılıb.

Ailənin yaxınlarından İnterpress.az-a verilən xəbərə görə, taksi sürcüsü işləyən ər arvadına mobil telefondan istifadə etməyə qadağa qoyub.

Sən demə, iki uşaq anası son aylar mobil telefondan xəlvətcə istifadə edirmiş.

Ötən həftə, gecəyarı qadının telefonuna gələn zəng hər şeyin üstünü açıb. Belə ki, gecəyarı telefon zənginə oyanan ər qadının ondan icazəsiz telefon işlətməsinə, üstəlik gecə saatlarında ona zəng gəlməsinə qəzəblənib.

Lakin o, qəzəbini boğub , balta və ya bıçağa əl atmayıb. O, arvadını boşayıb. Ailənin yaxınlarının verdiyi xəbərə görə, qısqanc ər iki azyaşlını da anasından alacağını bildirib.

İnterpress.az