Ağcabədinin yol polisi rəisi işdən çıxarıldıbackend

Ağcabədinin yol polisi rəisi işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, yoxlamalar nəticəsində Dövlət Yol Polisi Bölməsinin fəaliyyətində nöqsanlar aşkar edilib.

Nəticədə Ağcabədi Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsin rəisi, polis mayoru Dadaş İbrahimov vəzifəsindən kənarlaşdırılaraq sərəncama göndərilib.

Ağcabədi Rayon Polis Şöbəsindən faktı təsdiq ediblər. Bildirilib ki, hələlik onun yerinə təyinat yoxdur.

D.İbrahimov bu vəzifəyə 2014-cü ildə təyin edilmişdi.

Qeyd edək ki, bundan öncə yoxlama tədbirləri nəticəsində Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov da vəzifəsindən kənarlaşdırılıb.

İnterpress.az