Mədə rentgeni zamanı ispanaq şirəsi istifadə olunacaqbackend

Mədə rentgeni zamanı ispanaq şirəsi istifadə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müayinə zamanı pasiyent 1 stəkan barium sulfat məhlulu içməlidir ki, bu da bir çox insanlarda və xüsusilə uşaqlarda xoşagəlməz hislərə səbəb olur.

Həmçinin bu maddənin qəbulu qəbizlik yaradır. Barium toksiki maddədir və bu səbəbdən onun orqanizmdən çıxmasını sürətləndirmək üçün müayinədən sonra həkimlər çoxlu maye qəbul etməyi tövsiyə edirlər.

Amerika alimləri bu problemləri həll etmək üçün çox maraqlı üsul təklif ediblər.

Onlar gen səviyyəsində dəyişdirilmiş ispanaq yetişdiriblər. Bu ispanaq mədədə işıq saçır.

Müayinə zamanı xəstə barium sulfatı deyil dadı xoş olan ispanaq şirəsini içəcək.

İşıq saçan şirə həkimlərə madə və bağırsaqların divarlarını yaxşı görməyə imkan verir. (saglamolun.az)

İnterpress.az