Fransa kilsəsinə hücum: Keşişin qatili polis nəzarətində imişbackend

Fransa kilsəsinə hücum: Keşişin qatili polis nəzarətində imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prokuror Fransua Molins deyib ki, 19 yaşlı Adel Kermiç Suriyaya getməyə cəhd etdiyinə görə ötən il iki dəfə həbs olunub.

Kermiç və digər hücumçu Rouen yaxınlığında, Saint-Etienne-du-Rouvraya-dakı kilsəyə səhər ibadəti zamanı hücum ediblər.

Onlar polis tərəfindən öldürülməzdən əvvəl yaşlı keşiş, Ata Jak Hamelin boğazını kəsiblər.

Prokuror deyib ki, hücumçuların girov götürdüyü 4 nəfərdən biri ağır bıcaq xəsarətləri alıb. Onlar polisin kilsəyə daxil olmasının qarşısını almaq üçün istifadə olunub.

Girovlara buraxılmağa icazə veriləndən sonra onların ardınca kilsədən çıxan iki hücumçu polis tərəfindən öldürülməzdən əvvəl \”Allahu Əkbər\” deyə qışqırıblar, – prokuror deyir.

Cənab Molins əlavə edib ki, əli silahlı iki hücumçu kilsəyə daxil olanda bədənində \”alüminiuma sarılmış saxta bomba\” olub.

Ata Jak Hamel, Saint-Etienne-du-Rouvray ərazisində yaxşı tanınmış keşiş olub.

Bir müddət əvvəl, özünü İslam Dövləti adlandıran qruplaşma iddia edirdi ki, \”əsgərləri\” hücum həyata keçirir.

Özünü Danielle bacı kimi təqdim edən və hadisə baş verən an kilsədə olan rahibə hadisəni belə təsvir edir. \”Onlar keşişi diz çökməyə məcbur etdilər. O özünü müdafiə etmək istəyirdi və onda da bu faciə baş verdi\”, – o, Fransa mediasına nəql edib.
\”Onlar özlərini lentə alırdılar. Ərəb dilində səcdəgah ətrafında hansısa ayini icra etdilər. Bu dəhşətdir\”.

Şəhər prezidenti keşiş Hamelin qətlinə şok və kədərlə reaksiya verib. Yerli imam Mohammed Karabila deyib ki, o \”dostunun ölümünə sarsılıb\”. \”O həyatını başqalarına verən insan idi\”.

Fransa prezidenti Fransua Olland \”birlik\” üçün müraciət edib və xəbardar edib ki, terrorizmə qarşı müharibə \”uzun olacaq\” (BBC).

İnterpress.az