Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, Bakı şəhərinin Yasamal rayonunda 2, Binəqədi, Nərimanov və Səbail rayonlarının hər birində 1 və Abşeron rayonunda 1 MMMC yaradılaraq dövlət qeydiyyatından keçib. Bununla da ölkə üzrə MMMC-lərin sayı 28-ə çatıb.
Ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər davam etdirilir.
Qeyd edək ki, Mənzil Məcəlləsində “JEK”-lərin (Mənzil-istismar idarələrinin) ləğv olunması nəzərdə tutulub. Çoxmərtəbəli binalar yeni yaradılan cəmiyyətlər tərəfindən idarə olunacaq. (virtualaz.org)
İnterpress.az