Klubun təsisçisi Vüqar Kərimovdur. Artıq \”Kəlbəcər Futbol Klubu\” MMC Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən qeydiyyata alınıb.
Klubun hüquq və marketinq üzrə Müşahidə Şurasının üzvü Nazir Quliyev bildirib ki, Kəlbəcəri təbliğ edəcək və bütün kəlbəcərlilərin ortaq nöqtəsi ola biləcək belə bir klubun yaradılması sevindircidir: \”İnanıram ki, Azərbaycan futbolunun inkişafına azda olsa töhfə verə biləcəyik və Kəlbəcər harayının dünyaya çatdırılmasında öz dəstəyimizi göstərə biləcəyik. Bütün qüvvə və bacarığımdan istifadə edərək Kəlbəcər Futbol Klubunun İnkişafında dəstək göstərərək istedadlı uşaqlarımızın yetişməsinə öz köməkliyimizi göstərəcəyəm\”. (olaylar.az)
İnterpress.az