Rusiya mətbuatının verdiyi xəbərə görə, qəza nəticəsində bir nəfər ölüb, altısı yaralanıb.
İlkin məlumata görə, qəza yataqdakı qaz kompressor stansiyasında baş verib.
Hadisə yerində xilasedicilər və FHN əməkdaşları işləyirlər. Yaralıların çıxarılması və xəstəxanaya çatdırılması üçün helikopterlər cəlb edilib.
Partlayış səbəbləri araşdırılır, bu məqsədlə xüsusi komissiya yaradılıb. \”Verxneçonskneftqaz\” İSC-nin mətbuat xidmətindən bildiriblər ki, hadisə işəsalma-sazlama işlərinin aparılması zamanı resiverin partlaması nəticəsində baş verib. (musavat)
İnterpress.az