Xaçmazda qadının evinə maskalı basqın: 7500 manat apardılarbackend

Xaçmazda qadının evinə maskalı basqın: 7500 manat apardılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, Xaçmaz rayon sakini Valentina Cəfərovanın yaşadığı evə naməlum şəxs oğurluq etmək məqsədilə girib.

Üzündə maska olan şəxs evi sahibi Valentina Cəfərova ilə qarşılaşıb. O, bıçaqla ev sahibini hədələyərək 7500 manatını alıb. Həmin pulu götürəndən sonra oranı tərk edib.

Valentina Cəfərova baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib. Dərhal hadisə yerinə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları gəlib.

Əməliyyatçılar Valentina Cəfərovanın ilkin izahatını alıblar və daha sonra evdən əl-barmaq izləri götürüblər. Hazırda cinayəti törədən şəxsin müəyyən edilməsi üçün tədbirlər görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. (teleqraf.com)

İnterprerss.az