AMEA-da yeni şöbə yaradıldıbackend

AMEA-da yeni şöbə yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a AMEA-dan məlumat verilib.

Məlumatda bildirilir ki, AMEA Rəyasət Heyətinin 21 yanvar 2015-ci il tarixli qərarı ilə Mərkəzi Elmi Kitabxananın yeni Nizamnamə və strukturu təsdiq olunub və adıçəkilən şöbə fəaliyyətə başlayıb. Yeni yaradılmış şöbənin fəaliyyəti MEK-in İdarə Heyəti tərəfindən təsdiq edilmiş “Əsasnamə” və “Vəzifə öhdəlikləri” ilə nizamlanır. BİƏŞ fəaliyyətini MEK struktur bölmələrinin hamısı ilə sıx əməkdaşlıq əsasında qurur. Fəaliyyətə başladığı ilk günlərdən Beynəlxalq və ictimai əlaqələr şöbəsi kitabxanın fəaliyyəti barədə geniş ictimaiyyətə məlumat vermək üçün media ilə sıx əməkdaşlıq qurur, KİV-i operativ və dolğun informasiya ilə təmin edir. Bunun üçün daim yenilənən və üç dildə istifadəçilərin ixtiyarına verilmiş www.mek.az saytının, Vikipedianın, o cümlədən Facebook, Twitter və başqa sosial şəbəkələrin imkanlarından geniş istifadə edir.

BİƏŞ-in vəzifə öhdəliklərinə KİV-i kitabxana haqqında informasiya ilə təmin etməklə yanaşı, beynəlxalq əlaqələrin qurulması, müxtəlif tədbirlərin təşəbbüskarlığı və təşkilatçılığı kimi işlər də daxildir. BİƏŞ əməkdaşları MEK daxilində tanıdıcı lövhələrin, göstəricilərin, elanların bir neçə dildə tərtibatçısı, xarici tələbə və qonaqların MEK ilə tanışlığı zamanı vasitəçisi və tərcüməçisi qismində çıxış edərək, kitabxana haqqında dolğun məlumatın alınmasını təmin edir.

Beləliklə, Beynəlxalq və İctimai Əlaqələr Şöbəsi MEK komandasının tərkib hissəsi olaraq, kitabxana fəaliyyətinin daha da genişlənməsi və resurslarının kitabxana istifadəçiləri üçün daha əlçatan olmasına öz töhfəsini verir.

İnterpress.az