Azərbaycanlı qız Türkiyəni heyran etdi – VİDEObackend

Azərbaycanlı qız Türkiyəni heyran etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Rising Star Türkiye\” musiqi yarışmasına qatılan Məltəm Abbasova ifası ilə hər kəsi heyran qoyub.

Azərbaycanlı iştirakçı Sem Brounun \”Stop\” mahnısını təqdim edib. Onun ifası münsiflər heyəti ilə yanaşı tamaşaçılar tərəfindən də rəğbətlə qarşılanıb.

Məltəm Abbasova 94 faiz xal toplayaraq yarışmanın növbəti turuna vəsiqə qazanıb.
Azərbaycanlı müğənninin topladığı xal bütün iştirakçılara gələn xallardan yüksək olub və yarışmanın dünənki seçimlərində rekordçu kimi yadda qalıb.

Xatırladaq ki, Məltəm Abbasova keçən il \”O səs Türkiyə\” musiqi yarışmasında da iştirak edib. Ebru Gündeşin komandasında olan həmyerlimiz Lara Fabianin repertuarından \”Adagio\” mahnısını səsləndirib.

İfası münsiflər tərəfindən bəyənilsə də, nəticəni tamaşaçı səsverməsi bəlli edib.

Məltəm daha az səs faizi yığaraq Hadisənin yarışmaçısı Sarperə uduzmuşdu. (1xəbər.com)

İnterpress.az

https://youtube.com/watch?v=E7fGUlQboZE