Çay kənarında istirahət edirdi, ilan sancdıbackend

Çay kənarında istirahət edirdi, ilan sancdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

46 yaşlı kişini ilan sancıb. Hadisə ötən gecə Qaxda baş verib. Əhməd Hacıyev və dostu Elşən Musayev Kürmük çayının kənarında istirahət ediblər. Bu vaxt qəfildən Əhməd Hacıyevin sol ayağının topuğundan ilan sancıb. Zəhər bədənə keçməsin deyə Elşən Musayev dostunun ayağının kəmərlə sıxaraq bağlayıb və həmin hissədəki qanı zəhərlə birlikdə sorub.

Sonra isə ərazidən keçən avtomobillərdən biri ilə əhməd Hacıyevi Qax Mərkəzi Rayon xəstəxanasına çatdırıb.

Əhməd Hacıyevə lazımı tibbi yardım göstərilib, vəziyyəti normaldır.

Elşən Musayev də kariyesli dişlər olduğundan bir müddət həkim nəzarətində saxlanılıb və vəziyyəti yaxşı olduğuna görə evə buraxılıb. (xəzər)

İnterpress.az