Lənətlənmiş roman və müəmmalı aktyor ölümləri…backend

Lənətlənmiş roman və müəmmalı aktyor ölümləri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya şöhrətli əsərin lənətli olduğu haqda dolaşan söz-söhbətlər illərdir ki, səngimək bilmir.

Belə ki, əsəri səhnələşdirən və ya ekranlaşdıran insanların həyatında ya faciə, ya da ölüm yaşanır.

1972-ci ildə Andrey Vaydanın \”Pilat və başqaları\” adlı filminin sujeti \”Master və Marqarita\” əsəri üzərində qurulmuşdu. Sözügedən filmin çəkilişləri bitən kimi İsa obrazını canlandıran aktyor sirli şəraitdə vəfat edir. Bir müddət sonra eyni mövzuda Yuqoslaviya və İtaliya kinematoqrafçıları da film çəkir. Lakin filmin nümayişi İtaliyada qadağan olunur, rejissoru ölkədən qovulur.

İllər sonra sözügedən rejissor səfil həyatı yaşayaraq vəfat edir.

Əsərin Voland obrazını canlandıran Viktor Avilov canlandırdığı roldan sonra qarabasmalar gördüyü, psixoloji problemlər yaşadığını dilə gətirirdi. Aktyor bu mənfi qüvvələrdən qorunmaq üçün üzərində xaç belə gəzdirirdi. Lakin bu xaç Avilovun imdadına yetişmir. Bir müddət sonra o, xərçəng xəstəliyinə tutulur.

Vladimir Botkonun rejissorluğu ilə çəkilən \”Master və Marqarita\” serialının aktyorları Aleksandr Abdulov, Valeri Zalatuxin, Kiril Lavrov, İlya Oleynikov, Vladislav Qalkin müxtəlif səbəblərdən dünyalarını dəyişir. (milli.az)

İnterpress.az