“RİA-Novosti” xəbər verir ki, bunu Rusiya-İran Hökumətlərarası İqtisadi-Ticarət Komissiyasının həmsədri, İranın informasiya və kommunikasiya naziri Mahmud Vaizi deyib.
“Bu çox əhəmiyyətli regional siyasi məsələlərin müzakirəsi üçün yaxşı imkanıdır. Əlbəttə, Suriya və İraqdakı vəziyyət, həmçinin Avropada terror fəallığının artması haqqında danışıqlar olacaq”, – Vaizi qeyd edib. Daha əvvəl İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpura bildirib ki, Azərbaycan, Rusiya, və İran prezidentlərinin Bakı görüşü avqustun 8-nə planlaşdırılıb. (publika.az)
İnterpress.az