MSK-dan İnterpress.az-a verlən məlumata görə, bu barədə Komissiyanın dünənki iclasında qərar qəbul edilib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri sırasından ekspertlərdən ibarət işçi qrup yaradılıb.
MSK-nın üzvü Azər Tağıyev işçi qrupun rəhbəri təyin edilib. Qərar bu gündən hüquqi qüvvəyə minib.
İşçi qrup imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə yaradılıb.
Referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş digər sənədlər müvafiq seçki (referendum) komissiyasına təqdim olunmalıdır.
İnterpress.az