İnterpress..az xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazır.
Bildirilir ki, 2014-cü ildən bəri “qoca qitə”də 18 terror hücumu qeydə alınıb. 2014-cü ildə terror qurbanı olan avropalıların sayı 4, 2015-ci ildə 267 və 2016-cı ilin ilk yarısında 172 nəfər olub.
Ən çox insan ölümü ilə nəticələnən terrorlar Parisdə, Nitsada və Ankarada törədilib.
Parsidə 155, Ankarada 102 və Nitsada 84 nəfər hücumların qurbanı olub.
Avropada sonuncu terror aktı iyulun 26-da Fransanın Ruan şəhərində törədilib. İŞİD üzvü 2 nəfərin kilsəyə hücumu zamanı 84 yaşlı keşiş vəfat edib.
İnterpress.az