Keşişi boğazlayanların videosu yayıldı – VİDEObackend

Keşişi boğazlayanların videosu yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Le Monde bildirir ki, 19 yaşlı Əbdel Malik Petityen və 18 yaşlı Adel Kermiş bu videoda kamera qarşısında duraraq İŞİD-ə sədaqət andı içir, \”kafirlərlə son damla qanadək döyüşəcəklərini\” deyirlər.

Videoda onlar özlərini \”Nom de ger Əbu Ömər\” və \”Əbu Cəlil əl Hənfəi\” adlandırırlar.

Fransanın şimal-şərqindəki Sen Dye de Voj şəhərində doğulmuş Petityen İŞİD-ə qoşulmaq üçün iki dəfə Suriyaya yollanmağa çalışıb.

Bu şəxslər kilsəyə hücum edərək 85 yaşlı keşiş Jak Ameli bıçaqlayaraq qətlə yetiriblər.

Kilsəyə hücum iyulun 26-da səhər saatlarında olub. Petiyenlə Kermiş arxa qapıdan kilsəyə girərək 5 nəfəri girov götürmüşdülər.

Həmin şəxslər keşiş Amel, iki rahibə və kilsəyə ibadətə gəlmiş iki nəfərdilər.

Rahibələrdən biri qaçmağı bacararaq polis çağırıb. Hadisə yerinə gəlmiş xüsusi təyinatlı polislər terrorçuları zərərsizləşdiriblər. (milli.az)

İnterpress.az