Tədbir Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası\” adlı layihəsi çərçivəsində təşkil olunub.
Qeyd edək ki, “Bacarıqlı əllər” adlı sərgidə 8 müəllifin 250 ədəd əl işlərindən ibarət əsərlərin satış sərgisi təşkil olunub.
“İstedadlı Əlillər” ictimai birliyinin sədri Cavad Qasımov layihə haqqında geniş məlumat verərək qeyd edib ki, tədbirin keçirilməsində məqsədimiz fiziki məhdud istedadlı insanların fəaliyyətini ictimaiyyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və istedadları sayəsində maddi rifah halının yaxşılaşmasında onlara dəstək olmaqdır.
Tədbirdə çıxış edən Gəncə Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın muxbir üzvü İbrahim Cəfərov vurğulayıb ki, bu sahədə marifləndirmə işlərini daha geniş aparmaq lazımdır.
Tədbir çərçivəsində iştirakçılar “Fəxri Fərman” və “Diplom”larla təltif olunublar.
İnterpress.az