Sentyabr ayında, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində, baş tutacaq modellər arasında keçirilən dünyanın nüfuzlu gözəllik müsabiqələrindən olan \”Miss World Peace 2016\” da, ölkəmizi \”Miss & Mister Caucasus\” müsabiqəsinin finalçısı Həmidə Məhəmmədvan təmsil edəcək.
Bu, o deməkdir ki artıq \”Miss World Peace\” Azerbaijan 2016 titulu ona aiddir.
Bu haqda məlumatı tanınmış təşkilatçı World Beauty Congress-in Qafqaz ölkələri üzrə direktoru Aqil Məmiyevdən aldıq.
Aqil Məmiyev: \”Miss World Peace 2016\”ya qatılan modelimiz Həmidə Məhəmmədvanın boyu 172 sm, yaşı 20-dir. Təmsilçimiz hal-hazırda müsabiqəyə hazırlaşır, tanınmış model treyninqlərindən olan Yuliana Huseynovadan dərslər alır.
Həmidə Məhəmmədova müsabiqə üçün özəl olaraq fotoqraf Ratmir Şərifovun obyektivi qarşısına keçdi. \”Mister Universal Ambassador 2016\” yarışına hazırlıq tam sürətlə davam edir. Müsabiqədə dünyanın 100-ə yaxın ölkəsindən oğlanlar iştirak edəcəklər.
Qeyd edək ki, keçən il bu müsabiqədə ölkəmizi Sara Əliyeva təmsil etmişdir. Yarışmanin İnternational direktoru \”World Beauty Congrens\”in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.(primetime.az)
İnterpress.az