Hədəfdə yenə qardaş ölkənin basketbol üzrə milli komandasının üzvü Enes Kanterdir.
Fətullah Gülən tərəfdarı olaraq tanınan 24 yaşlı oyunçu “Tvitter”dəki qalmaqallı paylaşımı ilə yenidən gündəmə gəlib.
Hazırda Amerika Birləşmiş Ştatlarının (ABŞ) \”Oklahoma-Siti Tander\” klubunda çıxış edən basketbolçu Gülənə olan sevgisini açıq-aşkar etiraf edib. Bu səbəbdən tez-tez tənqidlərə tuş gələn, hətta ölümlə hədələnən Kanter “Tvitter”də Gülənin şəklini paylaşıb. O, həmin fotoya \”Seviyorummm Ulleeeenn\” yazıb və bir dənən də ürək işarəsi qoyub.
Qeyd edək ki, Türkiyədə baş verən hadisələrdə hazırda ABŞ-da yaşayan \”Nurçular\”ın lideri Fətullah Gülənin əli olduğu deyilir. (1xəbər.com)
İnterpress.az