Qədimdə daha mükəmməl kondisionerlər var imiş- FOTOLARbackend

Qədimdə daha mükəmməl kondisionerlər var imiş- FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çoxları elə hesab edir ki, bəşəriyyətin son ən böyük kəşflərindən biri kondisionerdir.

Əslində isə 2 min il əvvəl kondisionerləri əvəz edən mükəmməl qurğular mövcud idi.

O qurğular müasir kondisionerlərdən fərqlənirdi. Yel alıcı adlanan bu qurğular o qədər effektli idi ki, hətta səhrada yerləşən evi donma temperaturuna qədər soyudurdu. Yel alıcı binalarda təbii ventilyasiya yaratmaq üçün ənənəvi İran memarlıq elementlərindən biridir.

Üstəlik, onlar incəlikdən məhrum deyildi və binanın estetikasını korlamırdı. Qurğular çox müxtəlif ola bilərdi və hər bir memar onlara unikal görkəm verməyə çalışırdı.

Yel alıcıları İranda dövlət dini İslam deyil, zərdüştlüyün hökm sürdüyü bir vaxtda yaranıb. Ona görə də təəccüblü deyil ki, belə qurğuların bəziləri müasir İranın zərdüştlüyə sitayiş olunduğu azsaylı şəhərlərindən birində – Yazdedə hələ də qalmaqdadır.

Yel alıcıların nə vaxt yarandığını heç kim dəqiq bilmir. Arxeoloqların fikrincə, onlar təxminən iki min il əvvəl İranda yaradılıb. Oxşar qurğular qədim misirlilərdə də var idi və o, \”malkaf\” adlanır.

Yel alıcılar iri borular xatırladan nəhəng buxarı kimi görünürlər. Onlar binanın zirzəmisində yerləşdirilir və evin ən yüksəkliyində ucalırdılar.
Yel alıcılar buraxılarla eyni effektin hesabına işləyirdi. Yalnız bu sistem daha çətin idi. Onları boşuna ventilyasiya adlandırmırdılar. Yel alıcıların mənası cüzi küləyi tutmaq, fərqli təzyiqlər hesabına onu aşağı istiqamətləndirməkdir. Bununla yanaşı, yel alıcıları ölçülərinə və yerləşməsinə görə binanın səthini daim soyudurdu. Divarlardakı istilik boru ilə küləyə qarışır və bayıra çıxırdı.

Bu qurğular və ventilyasiya eyni zamanda, bütöv bir binanın radiatorları rolunu yerinə yetirirdi. Onlar çox səmərəli idi. İranda səhralarda indiyədək belə qurğular quraşdırılır və kondisionerlərin öhdəsindən gələ gəlmədiyi isti ilə mübarizə aparır.

Evləri cəhənnəm istisindən xilas edən yel alıcılar yeraltı kanallar hesabına anbarların soyuducu sistemi kimi də istifadə edilirdi. Bu üsulun effekti o qədər güclü idi ki, səhrada yerləşən anbarlar az qala buz kimi soyuq olurdu. (publika)

Qədimdə daha mükəmməl kondisionerlər var imiş- FOTOLAR

Qədimdə daha mükəmməl kondisionerlər var imiş- FOTOLAR

Qədimdə daha mükəmməl kondisionerlər var imiş- FOTOLAR

Qədimdə daha mükəmməl kondisionerlər var imiş- FOTOLAR

Qədimdə daha mükəmməl kondisionerlər var imiş- FOTOLAR

İnterpress.az