Səfirliyə məxsus maşın qəzaya düşdü: iki nəfər yaralandıbackend

Səfirliyə məxsus maşın qəzaya düşdü: iki nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Nəsimi rayonu, H.Ələsgərova küçəsi ev 15-in qarşısında Bakı şəhər sakini, 26 yaşlı Mehri Süleymanovanın idarə etdiyi “Chevrolet” markalı və Mərakeş Krallığı vətəndaşı, 30 yaşlı Muhammed Briouelin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Hər iki sürücü xəsarət alıb. Yaralılar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Hyundai” markalı avtomobil Mərakeş Krallığının Azərbaycandakı səfirliyinə məxsusdur. (virtualaz.org)

İnterpress.az