Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, hadisə ingilis polisinin bir evə təşkil etdiyi basqın zamanı yaşanıb.
Məlumata görə, təhlükəsizlik qüvvələrinin əməliyyat keçirdiyi əsnada bir nəfər polisə atəş açıb.
Şahidlərin bildirdiyinə görə, bir polis helikopteri bölgəyə eniş edib. Sakinlərin evlərindən bayıra çıxmalarına qadağa qoyulub.
Məlumata görə, üç nəfər saxlanılsa da, silahlı şəxs hələ də ələ keçirilməyib.
Yerli mətbuatın məlumatına görə, polis hadisənin terrorla bağlı olmadığını bildirib.
İnterpress.az