Klinton Rusiyaya müharibə elan etdibackend

Klinton Rusiyaya müharibə elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Klinton Demokratlar Partiyasının Filadelfiyada keçirilən qurultayında çıxışı zamanı deyib.

“Mən Rusiyadan gələn təhlükə də daxil olmaqla, istənilən təhdidlə mübarizədə NATO-dakı müttəfiqlərimizə dəstək verməkdən fəxr edirəm”, – deyə Klinton qeyd edib.

Sabiq dövlət katibi həmçinin ABŞ-ın düşmənlərini “məğlubiyyətə uğradacağını” bəyan edib. ABŞ prezidentliyinə namizəd çıxışı zamanı İŞİD-lə mübarizə məsələsinə də toxunub: “Biz onların mövqelərinə havadan zərbələr endirəcəyik və onları darmadağın etmək üçün yerli qüvvələri dəstəkləyəcəyik”, – deyə Klinton qeyd edib.

H.Klinton həmçinin vurğulayıb ki, prezidentliyi dövründə iqtisadiyyat və amerikalıların təhlükəsizliyi məsələləri onun üçün əsas prioritet təşkil edəcək. (apa)

Interpress.az