Ziyafət Əsgərov yeni parlamentdən danışdıbackend

Ziyafət Əsgərov yeni parlamentdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin sərəncamı ilə sentyabrın 26-da ölkəmizdə referendum keçiriləcək.

Ölkə ictimaiyyətinin, xüsusən də ziyalıların, siyasətçilərin müzakirə mövzusuna çevrildiyi bu məsələ ilə bağlı müsbət fikirlər səslənməkdədir.
Azərbaycan xalqının Referendum Aktını dəstəkləyəcəyinə əmin olduğunu bildirən Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan” qəzetinə bildirib ki, 7 il əvvəl keçirilən referendumdan sonra ölkənin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatında xeyli dəyişiklik baş verib.

“Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyət və prinsiplərinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının daha da yüksək səviyyədə təmin olunması baxımından referendumun böyük əhəmiyyəti var”.
Z.Əsgərov eyni zamanda, bəzilərinin bu dəyişikliklər zamanı Milli Məclisin səlahiyyətlərinin azalacağı ilə bağlı iddialarına münasibət bildirib və qeyd edib ki, dəyişikliklərlə parlamentin səlahiyyətləri azalmır, əksinə, qurumun normal fəaliyyətdə işləməsi üçün yeni mexanizm təklif olunur: “Fövqəladə hal baş verdikdə parlamentin fəaliyyəti iflic vəziyyətə düşməsin deyə, Prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilir. Layihədə Milli Məclisin hansı hallarda buraxıla biləcəyi göstərilib. Məsələn, Milli Məclisin eyni çağırışı bir ildə iki dəfə Azərbaycan Nazirlər Kabinetinə etimadsızlıq göstərərsə, buraxılacaq”.

Interpress.az