Hündürlükdən tullandı, sonra özünü bıçaqladıbackend

Hündürlükdən tullandı, sonra özünü bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə “2-ci mədən” adlanan ərazidə qeydə alınıb.

Həmin ərazidə yaşayan 35 yaşlı Tural Qasımov bıçaqlanıb. O, qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib.

Tural Qasımov hadisədən əvvəl intihar etmək məqsədilə hündürlükdən tullanıb. Bu zaman Turalın hər iki ayağı sınıb. İlkin ifadəsində Tural Qasımov özü-özünü bıçaqladığını bildirib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. (teleqraf.com)

İnterpress.az