“Sarkisyan Azərbaycan ərazilərini geri qaytarmalı olacaq”backend

“Sarkisyan Azərbaycan ərazilərini geri qaytarmalı olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın mövqeyi üç hissədən ibarətdir. Birincisi, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edirik. İkincisi, biz problemin hərbi yolla həllinə qarşıyıq.

Üçüncüsü, Rusiya və KTMT-nin Ermənistana verdiyi zəmanətlərin heç biri Qarabağ məsələsində qüvvəyə minmir. Bunu anlamaq üçün təkcə Rusiya Xarici işlər Nazirliyinin bəyanatını oxumaq kifayətdir”, – deyə rusiyalı ekspert bildirib.

Onun sözlərinə görə, Moskvada Sarkisyana qarşı narazılıqlar artır. “Ancaq Ermənistana daimi təzyiq eləsək ölkə, sadəcə, partlayacaq və biz anti-Rusiya meyilli daha bir dövlətlə qarşılaşacağıq”, – deyə o vurğulayıb.

A.Fenenkonun fikrincə, aprel ayında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin gərginləşməsi problemin Madrid prinsipləri əsasında həllinin mümkünlüyünü birdəfəlik “dəfn etdi” və açıq-aydın Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi.

“Azərbaycan göstərdi ki, müharibənin taleyi bu illələrdə Ermənistanda çoxlarının düşündüyü kimi, hələ həll olunmayıb. Üstəlik, Azərbaycan hərbi əməliyyatların başlayacağı təqdirdə real ön cəbhəni yarıb müharibəni Qarabağın dərinliyində davam etdirə biləcəyini göstərdi”, – deyə o bildirib.
Rusiyalı ekspert Moskvanın Azərbaycanla müqayisdə Ermənistana daha çox təzyiq göstərdiyini söyləyib.

“Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana geri qaytarmalı olacaq”, – deyə politoloq bildirib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların detallarının niyə ciddi şəkildə sirr kimi saxlanılmasıyla bağlı suala A.Fenenko Rusiyanın Ermənistanda buna göstəriləcək reaksiyadan çəkindiyini bildirərək cavab verib.

O, eyni zamanda Rusiya hakimiyyətinin ölkə ictimaiyyətində Kremlin daha bir müttəfiqini satması ittihamı ilə baş qaldıracaq narazılıqdan da qorxduğuna işarə vurub. “Ona görə də hər hansı konkretlik vəziyyəti axarından çıxara bilər”, – deyə ekspert vurğulayıb.(7news.az)

İnterpress.az