Azyaşlıya təcavüz edən yeniyetmə hökmdən narazıdırbackend

Azyaşlıya təcavüz edən yeniyetmə hökmdən narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sadiq Əliyev 2 oktyabr 2015-ci ildə azyaşlıya qarşı əxlaqsız hərəkətlər edib.

O, həmin gün saat 19.30 radələrində qonşusu, 2007-ci il təvəllüdlü Sahib Verdiyev (ad və soyad şərti verilib) oynamaq adı ilə aldadıb.

Azyaşlıya qarşı təcavüz

Sadiq Əliyev bu bəhanə ilə azyaşlının yaşadığı evə gətirib. Evdə Sadiq azyaşlıya zorakılıq göstərərək, onunla qeyri təbii yolla cinsi əlaqədə olmaq istəyib. Amma azyaşlı Sadiq Əliyevin təklifi ilə razılaşmayıb. Bu zaman Sadiq Əliyev Sahibi döyərək, çarpayıya yıxıb. O, azyaşlının əllərini bağlayaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Hədə-qorxu

Sadiq Əliyev daha sonra Sahibə qarşı əxlaqsız hərəkətlər edib. Bundan sonra Sadiq Əliyev baş verənlər barədə heç kimə deməməsi barədə azyaşlıya hədə-qorxu gəlib. Oradan birbaşa evlərinə gələn Sahib baş verənləri anasına danışıb. Bundan sonra Sahibin valideyinləri Oğuz rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər. Onların şikayətləri əsasında Sadiq Əliyev saxlanılsa da, sonradan polis nəzarəti altında azadlıqda olub.

8 il 6 ay cəza

Sadiq Əliyev Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sadiq Əliyevin barəsində seçilmiş başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və onun barəsində həbs qəti imkan tədbiri seçilib.

Məhkəmə qərara alıb ki, Sadiq Əliyev cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Onun cəzaçəkmə müddətinin əvvəli həbs ediliyi gündən, yəni 11 may 2016-cı il tarixdən hesablanıb.

“Oxuyub-yazmağı bilmirəm”

Hökmdən narazı qalan Sadiq Əliyevin vəkili Tural Həsənov apelyasiya şikayəti verib. Müdafiəçinin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Sadiq Əliyev bildirib ki, Oğuz rayon polis şöbəsində barəsində aparılmış istintaq düzgün olmayıb: “Oxuyub-yazmağı bilmirəm. Polis şöbəsində dindirilərkən azyaşlı olmağım nəzərə alınmayıb. Dindirilərkən yanımda nə valideynlərim, nə vəkilim, nə də müəllimim olmayıb”.

“Valideynlərimizin küskünlüyünün qurbanı olmuşam”

Sadiq Əliyevin sözlərinə görə, Sahibə qarşı heç bir seksual xarakterli zorakıliq hərəkəti etməyib: “Mənim valideynlərim ilə Sahibin valideynləri danışımırlar. Onların danışmamasının səbəbləri bizə məlum deyil. Mən də yalnız valideynlərimiz arasında olan küskünlüyün qurbanı olmuşam”.

Sadiq Əliyev barəsində olan hökmün ləğv edilməsini və ədaləti hökm çıxarılmasını istəyib. Sadiq Əliyevin vəkili Tural Həsənov bildirib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə riayət etməyib: “Məhkəmə Sadiq Əliyevin törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyəti ilə yanaşı cinayəti yetkinlik yaşına çatmamış törətməsini nəzərə aldığını göstərsə də, son nəticədə Sadiq Əliyevə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edib”.

Müdafiəçi çıxışının sonunda Sadiq Əliyevə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərara elan edib. Qərara görə, Sadiq Əliyevin apelyasiya şikayəti təmin edilməyib.(teleqraf)

İnterpress.az